Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 13:50:07
Xamenei nəhayət qızların zəhərlənmsinə görə göstərş verdi

İranın müxtəlif şəhərlərindəki qızların oxuduğu məktəblərə kimyəvi hücumu  tənqid edir və hökuməti bu hücumları təşkil edənlərin qarşısını almamaqda günahlandırırlar. Aidiyyatı olan hakimiyyət orqanları və parlament üzvləri sakitliyini qoruyur, yaxud artıq zəhərlənmə nəticəsində qızlar arasında dünyasını dəyişənlərin olmasına baxmayaraq, bu hücumun ciddi nəticələrə səbəb olduğunu inkar edirlər.


Bəzi tanınmış jurnalist və mətbuat üzrə mütəxəssislər bu hadisəni qız məktəblilərə qarşı terror adlandırır və hakimiyyəti fəaliyyətsizlikdə günahlandıırlar.

AzEdu.az xəbər verir ki, İranda yetərincə məşhur olan konservativ din xadimi Abdullah Cavadi Amuli çərşənbə axşamı İran İslam Respublikasının təhsil naziri ilə görüşündə bildirib ki, hadisənin başlandığından bu vaxta qədər üç aydan çox vaxt keçməsinə baxmayaraq, hakimiyyət orqanları Qumda baş verən zəhərlənmənin mənbəyini hələ də göstərməyib. O dövlət rəsmilərini danışmaq əvəzinə iş görməyə çağırıb.

Keçmiş islahatçı deputat Tayibe Siyavaşi Etimad saytına verdiyi müsahibədə bildirib ki,  toksikoloji təhqiatın nəticələrinin açıqlanmaması başadüşülən deyil.

“Nəticələrin gizlədilməsi nəyə və kimə xidmət edir? Əlaqəli təşkilatlar özlərini elə aparır ki, guya hadisədən indicə xəbər tutublar”.

Zəhərlənmə faktı barədə hüquq-mühafizə orqanlarının uzun müddət susmasını da keçmiş deputat çox şübhəli hesab etdiyini bildirib.

Başqa bir islahatçı din xadimi və keçmiş deputat Əhməd Mazani Ruydad24 kanalına müsahibəsində deyib:

“İslama qədərki zamanlarda fanatiklər qız uşaqlarını diri-diri basdırırdılar. Qızlara qarşı zəhərli qazla hücum onların cəmiyyətdə mövcudluğunu istəməyənlərin istifadə etdikləri iyrənc vasitədir. Bu addımlar qızların ictimai həyatda fəallığının qarşısını almağa yönəlib”.

İran hakimiyyət orqanlarına yaxınlığı ilə seçilən din xadimləri və keçmiş deputatlar qızların kütləvi zəhərlənmsi ilə əlaqədar hakimiyyəti yalnız   fəaliyyətsizlikdə günahlandırırlar. Amma hakimiyyətə bağlı olmayan müxalif qüvvələr isə məktəblərə qarşı terror hərəkətinin təşkilatçılarının elə hakimiyyətə və ya ali dini liderə bağlı qüvvələrin olmasını bildirirlər. Onlar öz iddialarını bununla əsaslandırırlar ki, küçədə adi bir din xadiminin çalmasını  başından vurub qaçan nümayişçini bir neçə saat içində müəyyən edib dar ağacına göndərən rejimin yüzlərlə qızın zəhərlənmsini həyata keçirən şəxs və qrupun müəyyən olunmasında çətinlik çəkməsi ağlasığan deyil.

Ən son məlumatlara görə, İran İslam Respublikasının ali lideri Seyid Əli Xamenei orta və ali məktəblərdə zəhərlənmə hallarının diqqətlə araşdırılması və cinayətkarların ən sərt şəkildə cəzalandırılması barədə göstəriş verib.