Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 11:00:00
Biologiya dərsində təcrübə keçirdi - məktəbdən qovuldu

Qazaxıstanın Almatı şəhərindəki özəl məktəblərdən birində müəllim 10-cu sinif şagirdlərinin xahişi ilə onların gözləri qarşısında eksperiment keçirib.

AzEdu.az xəbər verir ki, müəllim dəniz donuzunun yarılması və onun daxili orqanları ilə uşaqların tanış olması üçün “anatomiya və fiziologiya” bölməsinə uyğun təcrübəni əyani göstərib.

Sosial şəbəkələrdə müəllimin bu təcrübə “dərsi” barədə məlumat yayılıb.

Təhsil Nazirliyinin əməkdaşları məktəbi nəzarətə götürüb və belə təcrübələrin yolverilməz olması barədə xəbərdarlıq ediblər. Müəllim ətrafında yaranan söz-söhbətə son qoymaq üçün istefa verməyə məcbur olub. Bu barədə zakon.kz saytı məlumat verib.