Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 10:05:53
Rus dili müəllimləri kütləvi şəkildə ixtisaslarını dəyişir

Rus dilinin tədrisi ilə bağlı Litvada çətin vəziyyətin yaranması barədə əvvəllər də ara-sıra kütləvi informasiya vasitələrində məlumatlar verilirdi. Rusiyadakı kütləvi informasiya vasitələri xüsusilə bu istiqamətdə fəallıq göstərir və hakimiyyət orqanlarının rus dilinə, rus dilli əhaliyə qarşı etinasızlığını mütəmadi olaraq manşetlərə daşıyırdılar.

AzEdu.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra isə bu sahədə vəziyyət daha da ağırlaşıb. Rus dilində dərs deyən məktəblər bir-birinin ardınca bağlanır və təbii ki, buradakı müəllimlərin də işlərini itirmək təhlükəsi yaranır.

TASS informasiya agentliyinin  verdiyi məlumata görə bu Baltikyanı ölkədə Rus dilindən dərs deyən 900 müəllimdən 250 nəfəri ixtisasını dəyişmək haqqında müraciət edib. Belə gedərsə yaxın gələcəkdə Rus dilini bilənlərin sayı kəskin surətdə azalacaq.