Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-05 13:03:25
Xarici jurnalistlərə Laçın yolundakı aksiya barədə məlumat verilib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yerinə bir qrup xarici media orqanının əməkdaşı gəliblər.

 

AzEdu.az xəbər verir ki, onlar aksiyanın keçirilmə səbəbləri baradə məlumatlandırılır.

 

Xarici KİV nümayəndələri toplanış yerindən çəklişlər edirlər, etirazçılar ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 84 gündür davam edir.