Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 23:50:00
Türkiyədəki zəlzələdə ölü sayı 46 minə çatır

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfərə yaxınlaşır.

 

AzEdu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

Nazir deyib ki, Türkiyədə zəlzələ nəticəsində 45 min 968 insan həlak olub, onlardan 4267-si suriyalıdır.

 

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.