Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 21:14:20
Ukraynada 462 uşaq həlak olub

Rusiyanın hücumlarından sonra Ukraynada ən azı 462 uşaq həlak olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın endirdiyi zərbələr nəticəsində 930 uşaq yaralanıb və ya şikəst olub.

 

Qeyd olunub ki, prokurorluqda hazırda 72 620 hərbi cinayət, o cümlədən milli təhlükəsizlik əleyhinə 17 000-ə yaxın cinayət haqqında məlumat var.

 

Müstəntiqlər bu cinayətlərdə şübhəli bilinən 639 nəfərin adını müəyyən edə biliblər. Onların arasında Rusiya nazirləri, deputatlar, hərbi rəhbərlər, hüquq-mühafizə orqanlarının rəhbərləri və Kreml mediasının təbliğatçıları var.