Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 21:12:16
Bu gün Hacıqabulda 4-cü zəlzələ oldu

Gün ərzində Hacıqabul rayonunda dördüncü dəfə zəlzələ olub.

AzEdu.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ bu dəfə də hiss edilməyib.