Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-04 14:19:00
“Peşəkar ol” layihəsinin sertifikatları təqdim olundu

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil olunan “Peşəkar ol” layihəsi üzrə sertifikatların təqdimolunma mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, 3 mart tarixində keçirilən tədbirdə təlim proqramını uğurla bitirən iştirakçılara ARTİ tərəfindən sertifikatlar verilib.

 

Qeyd edək ki, “Peşəkar ol” layihəsinin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.