Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 20:33:08
Bıçaqlanma baş vermiş məktəbdən xəbər var

“Bu gün Binəqədi rayonu 83 nömrəli məktəb-liseyə gedib 3 gün öncə baş vermiş insidentlə bağlı görüş keçirdim”.

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.

O deyib ki, Şura olaraq hadisənin baş verdiyi gün məlumatı əldə ediblər:

"Həm məktəbin direktoru Almaz Bayramova ilə, həm zərərçəkən uşaqla, həm də valideynlə danışıb məsələni aydınlaşdırmağa çalışdım. Hər iki uşaq 9 il dostluq ediblər və kifayət qədər çalışqan şagirdlərdi. Hadisə aralarında olan zarafatın münaqişəyə keçməsi nəticəsində olub və məktəbin sanitar su qovşağında baş verib. Hadisə ilə bağlı polis nəzarət funksiyasını icra edir. Məktəbin yüksək nizam intizamlı və təhsil nəticələrinin yaxşı olmasını yalnız bir necə saatlıq səfərim zamanı deyil, hər iki övladımın orda təhsil aldıqları müddətdə müşahidə etmişəm. Qızım bu məktəbin məzunu olub, oğlum isə hazırda 8-ci sinifdə oxuyur. Həm əvvəl, həm də sonrakı vəziyyəti eyni zamanda bilincli valideyn olaraq da bilirəm”.

G.Səfərova deyib ki, ilk addım olaraq hər iki uşağın psixoloji dəstəyə ehtiyacı var.

“Məsələni diqqətdə saxlamaqla yanaşı, məktəb, ailə və icma münasibətlərini tənzimləyəcək proqramın icrasına dəstək olacağıq. Əminəm ki, hər zaman olduğu kimi, məktəbimiz yüksək olimpiada nəticələri, təhsildə uşaqlarımızın uğurları ilə daha çox gündəmə gələcəkdir”

Xatırladaq ki. bir neçə gün öncə 83 nömrəli məktəb-liseydə iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər.
Şagirdlərdən biri digərinə kəsici alətlə xəsarət yetirib.
Faktla bağlı toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Şagirdin xəsarətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir.