Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 16:42:19
Azərbaycanda yoluxma azaldı - 4 nəfər öldü

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 20 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 648 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 351 nəfər müalicə olunaraq sağalıb, 10 min 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 171 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 827, bu günə qədər isə ümumilikdə 7 milyon 530 min 18 test icra olunub.