Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 12:11:55
Elm və Təhsil Nazirliyinin, BMT ilə lahiyəsi davam edir

ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində həyata keçirilən fəaliyyətləri davam etdirir.

 

AzEdu.az xəbər verir ki, layihənin əhatə dairəsinə daxil olan ümumi təhsil müəssisələrinə sahə üzrə mütəxəssislər tərəfindən metodik dəstək verilir. Belə ki, inklüziv təhsilin vacib hissələrindən biri olan Fərdi Təlim Planlarının tərtibi, təkmilləşdirilməsi və tətbiqi üzrə müəllimlər, korreksiyaedici pedaqoqlar, məktəb psixoloqları və valideynlərə köməklik göstərilir. Eyni zamanda, məktəb heyəti ilə əlilliyi olan şagirdlərin sosial adaptasiya və akademik nailiyyətlər baxımından inkişafı haqqında müzakirələr aparılıb və müvafiq təklif və məsləhətlər verilib.

 

Əlavə olaraq, görülən işləri qiymətləndirmək və müvafiq dəyişiklikləri zamanında etmək məqsədilə sözügedən məktəblərə monitorinq səfərləri həyata keçirilib.

 

Monitorinq zamanı məktəb rəhbərliyi və pedaqoji heyət (müəllimlər, korreksiyaedici pedaqoqlar və psixoloqlar) ilə inklüziv təhsilin vəziyyəti, tədris-təlim prosesinin təşkili, o cümlədən inklüziv təhsil mövzusunda keçirilən maarifləndirici fəaliyyətlərin və göstərilən metodik dəstəyin faydalılığı haqqında müzakirələr aparılıb, rəy və təkliflər toplanılıb. Bundan başqa, dərslər müşahidə olunub, məktəbin infrastrukturunun müyəssərliyi dəyərləndirilib. Ümumilikdə, aparılan monitorinqlər göstərir ki, məktəb icmalarının inklüziv təhsilə yanaşması müsbətdir.