Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 11:09:00
RFO-nun respublika mərhələsinin nəticələri açıqlanıb

25 fevral 2023-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

 

AzEdu.az xəbər verir ki, Respublika mərhələsinin yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Olimpiada iştirakçılarına uğurlar arzulayırıq!