Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 11:23:00
Bu abituriyentlər qəbul imtahanında ödənişdən azaddırlar - SİYAHI

Ali məktəbələrə sənəd qəbulunun ilk mərhələsi martın 1-dən 15-dək həyata keçiriləcək. Bu mərhələdə cari ilin və əvvəlki illərin məzunu olmasından asılı olamayaraq bütün abituriyentlər öz ərizələrini Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq elekron səhifəsində təsdiqləməlidirlər.

 

Sənəd qəbulu üzrə ikinci mərhələ isə 2023-cü il aprelin 15-dən mayın 5-dək aparılacaq. Bu mərhələdə müsabiqəyə buraxılan abituriyentlər öz ixtisas qruplarını müəyyənləşdirəcək.  

Qeyd edək ki, müsabiqə ödənişli əsaslarla aparılır. Bəs hansı abituriyentlər ödəniş rüsumundan azaddırlar?

 

 

AzEdu.az bildirir ki, Dövlət İmtahan Mərkəzi kimlərin ödəniş rüsumundan azad olunduğu məsələsinə aydınlıq gətirib.

 

Bunlar aşağıdakı abituriyentlərdir:


- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

 

- şəhid ailəsinin üzvləri;

 

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

 

- məcburi köçkün statusu olan şəxslər;

 

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.