Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 10:02:23
Ermənilərin Qarabağdakı son universitetinin sonu yaxınlaşır

Qarabağda hazırda mövcud olan təhsil müəssisələri indi Azərbaycan hökuməti və təhsil qurumlarının  diqqət mərkəzindədir. Çünki orada yaşayan erməni icmasının nümayəndələri ilə danışıqlar prosesinə artıq start verilib və yaxın aylarda ermənilər yaşayan ərazilərin Azərbaycan iqtisadiyyatına qoşulması prosesinin də başlanması gözlənilir.


Elm və təhsil sahəsinin də inteqrasiyası istiqamətində addımlar atılır. Azərbaycan Elm və Təhsil Nazirliyində oradakı uşaq bağçaları, orta ümumtəhsil məktəbləri, orta ixtisas məktəbləri, ali məktəblərlə bağlı ciddi təhqiqat işi aparılır, onların illik büdcəsi müəyyənləşdirilir. Hətta builki büdcəmizdə Qarabağdakı təhsil müəssisələri ilə bağlı dəyişikliklərin ediləcəyi də gözlənilir. Yəni oradakı təhsil müəssisələrinin Azərbaycan təhsil sisteminə qoşulması ilə əlaqədar büdcəmizdə təhsilə ayrılan vəsaitin artırılması gözlənilir. Bu barədə hökumət qarşısında məsələ qaldırılması haqqında da məlumat var.


Azedu.az
Qarabağın ermənilər yaşayan hissəsindəki təhsil sistemi ilə bağlı silsilə məlumatlar hazırlayaraq, oxuculara təqdim edir. Son dövrlər oradakı uşaq bağçaları və orta ümumtəhsil məktəbləri haqqında əldə etdiyimiz qısa məlumatları təqdim etmişik. Bu gün də mövzumuzu davam etdiririk. İndi oradakı universitetlərin vəziyyətinə toxunmaq istərdik.


Orta ümumtəhsil məktəbləri haqqında məlumat hazırlayarkən biz erməni mənbələrinin bu barədə statistikasının 2010-cu ilə qədər olduğunu bildirmişdik. 2010-cu ildən sonra sanki onların təhsil sistemində fəaliyyət dayanıb. Heç bir məlumat vermək istəmirlər. Mütəxəssislər bunu 2010-cu ildən sonra Qarabağın ermənilər yaşayan hissələrində nəzərəçarpacaq irəliləyişin olmaması ilə əlaqələndirirlər. 2010-cu ildən başlayaraq orada bütün sahələr üzrə tənəzzül başlayıb. Təhsil sistemi də günü-gündən geriləyib və bu gün ən çətin vaxtlarını yaşayır. Açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 2010-cu ildə  Xankəndidə 5 universitet fəaliyyət göstərib. Bunlardan  ikisi  dövlət universiteti, 3 universitet özəldir:

  1. Artsax Dövlət Universiteti
  2. Ermənistan Aqrar Universitetinin Stepanakert filialı
  3. Qriqori Narekatsi Universiteti.
  4. Mesrop Maştoç Universiteti.
  5. Akop Gürcan Univeriteti


Bu universitetlərdən yalnız biri - Artsax Dövlət Universiteti  2020-ci ilə qədər gəlib çıxa bilib. 44 günlük müharibədən sonra Artsax Dövlət Universiteti adlandırılan bu universitetin də fəaliyyəti dayandırılıb. Çünki tələbələr İrəvan universitetlərinə köçmək adı altında buranı tərk edib və ya təhsillərini ümumiyyətlə dayandırıblar. Yeganə dövlət universiteti də fəaliyyət göstərməz haldadır. Onun müəllimləri də Ermənistanın müxtəlif universitetlərində artıq özlərinə iş tapıblar.


Amma bütün bunlara baxmayaraq qondarma respublikanın rəhbərləri müxtəlif üsullarla Artsax Universitetinin fəaliyyət göstərməsi fonu yaratmağa çalışırlar. Çünki Ermənistandakı maliyyə instituları və xaricdəki diaspor təşkilatları bu universitetin ayaqda qalmasında  ciddi maraqlıdırlar və onu hələ də maliyyələşdirməkdə davam edurlər. Diasporun pullarını mənimsəmək üçün bu universitetin fəaliyyətdə qalması çox vacibdir. Amma deyəsən onun kağız üzərindəki fəaliyyətinin sonu yaxınlaşıb. Azərbaycan bu qondarma rejimin formal mövcud olan qurumlarının sonuna yaxınlaşır. Elə qondarma “respublika”nın özünün də.