Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 18:01:00
Bakıda 8 Marta görə pul yığılan məktəblə bağlı AÇIQLAMA+SƏS YAZISI

Bakıdakı orta ümumtəhsil müəssisələrindən birində valideynlərdən pul yığıldığı iddia olunub.

 

Bununla bağlı sosial şəbəkələrdə səs yazısı paylaşılıb. Belə ki, səs yazısında valideynlərdən qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müəllimlər üçün 50 manatdan pul yığıldığı deyilir.

 

Mövzu ilə bağlı AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən açıqlama verilib:

 

“60 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsaitin toplanması ilə bağlı məktəbdaxili araşdırma aparılıb.


Araşdırma nəticəsində bəlli olub ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılmasına dair "votsap qrupu"nda sinfin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib. Məsələ ilə bağlı bu gün həmin sinfin validenləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib”.
 

Qeyd edilib ki, məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb.

"Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib", - rəsmi məlumatda bildirilib.