Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 17:34:00
Məktəblərdə "İdman həftəsi" ilə bağlı tədbir keçirilib

Martın 2-də “İdman həftəsi” layihəsi çərçivəsində Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbir zamanı məktəb şagirdlərinin iştirakı ilə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərgi, “Şən startlar” estafet oyunları, nümunəvi çıxışlar təşkil edilib, qaliblərə mükafatlar verilib.

 

Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb.  

 

3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.