Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 17:14:00
Çağırışaqədərki hazırlıq müəllimlərinə şad xəbər - Maaşları yenidən artacaq

“Çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlərinin siyahıyaalınması başlayıb”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib:

"2018-ci ildən sonra diaqnostik qiymətləndirmə olmayıb deyə, Çağırışaqədərki hazırlıq müəllimləri bu prosesdən kənar qalıblar. Onların siyahıya alınmasına artıq başlanılıb. Yaxın müddətdə onların da diaqnostik qiymətləndirilməsi aparılacaq. Və ondan sonra həmin müəllimlər əməkhaqqlarını artımla ala biləcəklər".


Xatırladaq ki, bu il çağırışaqədərki hazırlıq müəllimlərinin maaşı artıq bir dəfə artırılıb.

Belə ki, ölkə Prezidentinin 23 fevral tarixli sərəncamı ilə büdcədən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən 10 faiz artırılıb.