Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 16:33:00
Yalnız bu halda müəllimlər sertifikasiyadan həmişəlik azad olunacaqlar - QAYDA

“Sertifikatlaşdırma prosesi davamlı olacaq”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib:

“Bu il sertifikatlaşdırmadan keçən müəllimlər 5 il sonra yenidən sertifikasiyaya cəlb olunacaq. Müəllimlər "Bir dəfə keçdim, sertifikatlaşdırma artıq bitdi” deyə düşünməməlidir. Müəllimlik davamlı inkişafı tələb edən bir peşədir. Sertifikatlaşdırmanın əsas məqsədi də budur. Qaydalar onu tələb edir ki, müəllimlər 3 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır. 15 il ərzində prosesdən 3 dəfə uğurla keçən müəllim sertifikatlaşdırma prosesindən həmişəlik azad olunacaqlar".