Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 12:09:00
Qarabağ ermənilərinin məktəbləri - Mövcud VƏZİYYƏT

Qarabağdakı erməni icmasının yaşadığı ərazilərdə yerləşən orta ümumtəhsil məktəbləri barədə bu gün üçün dəqiq məlumat yoxdur. Amma bu heç də o demək deyil ki, orada hazırda orta məktəblər yoxdur. Əlbəttə ki var. Sadəcə, o qədər acınacaqlı vəziyyətdədir ki, ermənilər bu barədə məlumatları yeniləmək istəmirlər. Çünki onlar boş yerə lovğalanmağı çox sevirlər. Bu sahədə isə hazırda qürrələnməyə səbəb yoxdur.

AzEdu.az xəbər verir ki, Qarabağdakı erməni icmasının yaşadığı ərazidə təhsillə bağlı  mövcud  olan məlumatlar 2010-cu ilə qədərdir. Bu məlumatlara əsasən, orada 230-ə yaxın orta, ibtidai və doqquz illik məktəb olub. Əsas məktəblər Xankəndi, Xocavənd və keçmiş Ağdərə rayonlarında mövcud imiş. Digər yaşayış məntəqələrində məktəblər yalnız  ibtidai siniflər səviyyəsində fəaliyyət göstərib.
Erməni mənbələrinin məlumatına görə - təbii ki, bu məlumatlara inanmaq mümkün deyi, çünki onlar Qarabağda yaşayan erməni əhalisinin sayını dəfələrlə artırdıqlarına görə, məktəblərin və orada təhsil alanların da sayını artırmağa məcburdurlar -  2010-2011-ci tədris ilində ermənilər yaşayan ərazilərdə 230 məktəb fəaliyyət göstərib. Bu məktəblərdə 20500 şagird təhsil alb və onların təhsili ilə 5000 müəllim məşğul olub.

Məlumatlar elə 2011-ci ildən bəri keçmir. Bu tarixdən sonra Qarabağın ermənilər yaşayan ərazilərindəki təhsilin vəziyyəti, məktəb və şagirdlərin sayı haqqında məlumatlara rast gəlinmir. Yəni vəziyyət elə də ermənilər üçün ürəkaçan olmadığına görə onlar bu barədə danışmağı  özlərinə sığışdırmayıb.

Amma bizim araşdırmamıza görə, elə 2011-dən sonra erməni şagirdlərin sayı kütləvi şəkildə azalmağa başlayıb. Şagird çatışmazlığı üzündən məktəblər bir-birinin ardınca bağlanıb və onların istqaməti dəyişdirilib.

2018-ci ildə bütün ərazidə cəmi 8 məktəb fəaliyyət göstərib. Müəllimlərin sayı isə 50-dən yuxarı olmayıb. 2023-cü ildə Qarabağdakı məktəblərdən cəmi 50 nəfər məzun olub. Hazırda məktəblərin heç biri fəaliyyət göstərmir.

Budur Qarabağdakı erməniləri uşaqlarının təhsili sahəsində hazırkı vəziyyət.