Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 17:16:49
Azərbaycanda yoluxma sayı ARTDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 828 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 310 nəfər müalicə olunaraq sağalıb, 10 119 nəfər vəfat edib, aktiv xəstə sayı 159 nəfərdir.

Son sutka ərzində 2 049, hazırkı dövrədək isə 7 526 899 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 230 vaksin vurulub.

Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 69, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.