Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 13:09:00
Məktəblilər Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” günü elan edib.

 

AzEdu.az xəbər verir ki, bu məqsədlə qəbul edilən tədbirlər planına uyğun olaraq martın 1-də Bakı şəhəri M.Rahim adına 7 nömrəli orta məktəbin 7 və 8-ci sinif şagirdləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.

Əvvəlcə institut rəhbərliyi və qonaqlar “Heydər Əliyev guşəsi” qarşısında Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və tər çiçəklər qoyublar.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin Ulu Öndərin xatirəsinə sonsuz hörmətin bariz nümunəsi olduğunu deyib. Qeyd edib ki, bu illə əlaqədar nəzərdə tutulan tədbirlərdən biri də kimya elminə maraq oyatmaq üçün paytaxtda və ya regionlarda yerləşən orta məktəb şagirdlərinin instituta ekskursiyaların təşkilidir. Bildirib ki, tarixi muzeylər kimi elmi-tədqiqat müəssisələri də qapılarını istedadlı şagirdlərin üzünə açmalı, onların fiziki-kimyəvi proseslərlə əyani tanış olmalarını təmin etməlidir.

V.Fərzəliyev Azərbaycanın neft ölkəsi olduğunu nəzərə çatdıraraq vurğulayıb ki, keçmiş ittifaqda aşqarların (neft məhsullarına əlavələr) işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilib.

Baş direktor Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, eləcə də Azərbaycanın görkəmli kimyaçı alimləri olmuş akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında danışıb. Belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolunun böyük olduğunu deyib.

Sonra şagirdlərin sualları cavablandırılıb.

Şagirdlər institutun laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış olub, əyləncəli-öyrədici təcrübələri izləyiblə