Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 11:10:00
Sertifikasiyadan keçə bilməyən müəllimlərin aqibəti necə olacaq?  

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Ancaq bütün müəllimlərin uğurlu nəticələr göstərdiyini demək olmaz.

İbtidai sinif müəllimlərinin ötən il keçirilən sertifikasiyasında 40-44 yaş arası 9 müəllim 0 bal toplamışdı. Bəs sertifikasiyadan uğursuz nəticə göstərən müəllimlərin axırı necə olacaq?

 

AzEdu.az xəbər verir ki, bu suala Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva aydınlıq gətirib.

 

“Sertifikatlaşdırmada uğursuz nəticə göstərən müəllimlərlə bağlı qanunvericilikdə belə bir məqam var ki, 1 il ərzində onların iş yerləri, dərs saatları saxlanılır. Öz üzərində işləmək üçün onlara şərait yaradılır. Onların iş strukturunda, dərs saatlarında heç bir dəyişiklik edilmir”.


Onlar növbəti il yenidən sertifikasiyaya cəlb olunurlar. 

 

N.Mehdiyeva deyib ki, müəllimlərin sertifikasiyaya hazırlaşmaları üçün bir sıra tədbirlər də həyata keçirilir. Məsələn, təlimlərin keçirilməsi, təlim materiallarının saytlarda yerləşdirilməsi və s. bu məqsədə xidmət edir.