Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 13:16:42
Beynəlxalq olimpiadada Azərbaycanı təmsil edəcək şagirdlərin adları açıqlanıb

58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında Azərbaycanı təmsil edəcək komanda üzvləri müəyyən olunub.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Rizvan Əsədov və XI sinif şagirdi Nihad Hacızadə olimpiadada ölkəmizi təmsil edəcəklər. Olimpiadaya hazırlıq dərsləri davam edir.

 

Qeyd edək ki, milli komanda üzvləri institutun Təhsil Texnologiyaları Mərkəzində keçirilən imtahanın nəticələrinə görə seçiliblər.