Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 10:54:00
Ölkə üzrə bütün Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiya olunacaq - QƏRAR

Elm və təhsil naziri Emin Əmrullayev bu il 35 min müəllimin sertifikasiyadan keçəcəyini bildirib. Nazirn sözlərinə görə, ibtidai sinif müəllimləri ilə yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin də sertifikasiya imtahanına cəlb ediləməsi planlaşdırılır.

 

Nazirin açıqlaması Azərbaycan dili və ədəbiyyat müəllimlərinin həyəcanını artırıb. Sosial şəbəkələrdə bu mövzu ilə bağlı açılan müzakirələrdə ən çox səslənən suallardan biri budur: sertifikasiya imtahanı bütün ölkə üzrə Azərbaycan dili və ədəbiyyat müəllimlərinə şamil olunacaq, yoxsa bəzi regionları əhatə edəcək?

 

AzEdu.az-ın Azərbaycan Respublikası Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən aldığı məlumata əsasən, 2023-cü il təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənnindən ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər cəlb olunacaq.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndəriləcək.

Sertifikatisa imtahanının birinci mərhələsində müəllimlərə 60 test sualı təqdim olunur. Hər sual 1 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi müsahibədən ibarətdir. Birninci mərhələdə 50 və daha çox bal toplayanlar müsahibədən də keçdikləri halda onların maaşına 35 faiz artım tətbiq olunur. Sertifikasiyadan keçən və 50 baldan az toplayanların maaşı isə 10 faiz artır.