Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-25 12:28:12
Bazar gününün havası - Yağmursuz, 14 dərəcə isti...

Fevralın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.