Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 17:14:33
Bu günün yoluxma sayı - daha 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 209 nəfər müalicə olunaraq sağalıb, 10 114 nəfər vəfat edib, aktiv xəstə sayı 154 nəfərdir.

Ölkədə son sutka ərzində 1 205, hazırkı dövrədək isə 7 519 926 test aparılıb.

***

Son sutkada koronavirus əleyhinə 396 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 111, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 123, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.