Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 16:50:00
 BDU tələbələrini yataqxana ilə təmin edə bilir?..

Ali təhsil müəssisələrinə qəbul olunanlar arasında regionlarda yaşayan gənclərin sayı kifayət qədərdir. Rayonlardan gələn tələbələrin əksəriyyətinin kirayədə qalmağa maddi imkanı olmur. Həmçinin evi universitetə uzaq olan xeyli tələbə var. Belə hallarda tələbələrin əsas ümid yeri yataqxanalar olur.

 

Amma ölkədəki ali təhsil müəssisələrinin çoxu öz tələbələrini yataqxana ilə təmin edə bilmir.


Ali təhsil müəssisələrinin flaqmanı olan Bakı Dövlət Universitetində bu məsələ ilə bağlı vəziyyət necədir?

 

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova AzEdu.az-ın sorğusuna cavab olaraq deyib ki, təhsil ocağının yataqxanasında tələbələr üçün hər cürə şərait yaradılıb:

 

“BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Hər bir şəraiti var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Düz universitetin yanındadır. Yataqxanadan universitetə 1-2 dəqiqəyə gəlmək olar. 1 nəfərin qalmaq xərci 75 manatdır. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları yataqxanaya qəbul edilir.  Yeni yataqxananın inşası istiqamətində də işlər davam edir.  Yeni yataqxana təxminən 2500-3000 tələbənin qalmasına imkan verəcək”.