Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 16:19:06
Salyanda şagirdə qarşı zorakılıq edən 4 nəfər saxlanılıb

Salyan rayonunda 13 yaşlı qıza qarşı zorakılıq baş verib.

Sosial şəbəkədə yaılan məlumatlarda hadisənin Salyanın Cadırlı kəndində baş verdiyi bildirilir.

AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev faktı təsdiqləyib.

O bildirib ki, əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

“Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir”.