Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 13:55:00
İran Qafanda mədrəsə tikəcək? - İDDİA

İran Qafanda məscid və mədrəsə tikəcək.

AzEdu.az xəbər verir ki, bu barədə İrana məxsus və Azərbaycana qarşı yalan və böhtanla dolu təbliğatına görə həmişə diqqət mərkəzində olan “Səhər” kanalı məlumat yayıb.

Məlumatda deyilir ki, İranın Qafandakı konsulu Murtəza Abdin Vəraminin   müraciətinə əsasən, İran Xarici İşlər Nazirliyi hökumət qarşısında Ermənistanın Qafan rayonunda məscid və mədrəsə tikintisini maliyyələşdirmək haqqında məsələ qaldırıb. Məscid və mədrəsənin tikintisi üçün 10 milyon ABŞ dolları həcmində vəsaitin tələb olunduğu da bildirilir.

Məscid və mədrəsənin Qafana mütəmadi səfər edən və orada yaşayan İran vətəndaşları, qonşu Gürcüstanda yaşayan müsəlmanların mənəvi dini tələblərini yerinə yetirilməsi üçün nəzərdə tutulduğu bildirilir. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz İdarəsinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib ki, guya, Qafanlıqda konsulluğun fəaliyyətə başlamasından sonra yerli erməni əhali içində İslam dinini qəbul edən ailələrin sayı da artır. Məscid və mədrəsənin bu istiqamətdə fəaliyyət göstərəcəyi də qeyd olunur.