Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 09:51:02
Müəllimlərin müdafiəsi üçün yeni qanunlar qəbul ediləcək

Rusiya təhsil  naziri Sergey Kravtsov müəllimlərin müdafiəsi üçün Dövlət Dumasında bu il yeni qanunların qəbul ediləcəyi barədə məlumat verib. Amma bunun müəllimlərin vəziyyətinə necə təsir edəcəyi məlum deyil.

AzEdu.az xəbər verir ki, Dövlət Dumasında məsələnin müzakirəyə çıxarılması və xüsusi qanunun qəbul edilməsinə təşəbbüs bu ölkədə müəllimlərlə bağlı vəziyyətin heç də ürəkaçan olmadığının sübutudur.

Buna qədər isə Rusiyada müəllimlərin kütləvi şəkildə öz peşələrindən  uzaqlaşdıqları barədə həyəcan təbili çalınmışdı. Hətta vəziyyət o yerə çatıb ki, Rusiyanın ucqar kəndlərinin birində - Omsk Vilayətinin Köhnə Konkul kəndində müəllim çatışmazlığı üzündən bir müəllim 18 fənndən dərs deyir.

Bir ildir ki, davam edən Rusiya –Ukrayna müharibəsi cəmiyyətin bütün təbəqələrinə mənfi təsir göstərdiyi kimi, müəllimlərin də iqtisadi və sosial vəziyyətini son dərəcə ağırlaşdırıb. Elə buna görədir ki, müəllimlik peşəsinin nüfuzunu qaldırmaq üçün müxtəlif addımlar atılır. Amma ən vacib tədbir müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırması hesab olunur.

Dumada qəbul ediləcək qanunlar bu sahədə yardım edə biləcəkmi?