Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 09:42:14
Elmə və Təhsil Nazirliyi yanında İctimai Şura toplandı

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda Şuranın yeni fəaliyyət istiqamətləri - Şəhid və qazi ailələrinin təhsil məsələləri, Regional təhsil idarələri ilə tədbirlərin təşkili, ictimai dinləmələrin keçirilməsi mövzuları müzakirə olunub.

Şuranın üzvü, deputat Etibar Əliyev bildirib ki, təhsildə problemlərin azalmasına nail olmaq üçun müzakirələrə böyük ehtiyac var.

“Təhsili bilən şəxslərin heç biri kənarda qalmamalıdır. Uşaqlar məktəbə, tələbələr universitetə həvəslə getməlidirlər. Keyfiyyətli təhsil vermək müəllimin vicdan borcu olmalıdır…”, - deyə o qeyd edib.