Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 09:28:12
Paytaxtda ana və 4 övladı AXTARILIR

Bakıda ana 4 övladı ilə birgə itkin düşüb.

AzEdu.az xəbər verir ki, paytaxt sakini Əhməd Hüseynov Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşı və 4 övladının itkin düşdüyünü bildirib.

O, ailə üzvləri - həyat yoldaşı G.İsayeva, övladları - 2006-cı il təvəllüdlü Y.Hüseynova, 2010-cu il təvəllüdlü Y.İsayeva, 2012-ci il təvəllüdlü M.İsayev və 2014-cü il təvəllüdlü A.İsayevanın fevralın 19-da saat 14:45-də birgə yaşadıqları mənzili tərk etdiyini və onlardan məlumat ala bilmədiyini deyib.

Müraciətlə bağlı araşdırma aparılır.