Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 08:50:00
2023-cü il “Müəllimlər ili” elan olunub

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə 2023-cü il bu ölkədə “Müəllimlər  və təlimçilər  ili” elan ili elan olunub.

AzEdu.az xəbər verir ki, sərəncamda məqsəd müəllim və pedoqoji işçilərin nüfuzunun artırılması istiqamətində tədbirlər planının həyata keçirilməsidir.

“Müəllim və təlimçi ili” çərçivəsində müəllimlərə xüsusi status veriləcəyi barədə söhbətlər də gəzir. Görülən tədbirlər Rusiyada son illər ən aşağı səviyyədə olan müəllim nüfuzunun qaldırılmasına yardım edəcəkmi?

Təbii ki, bütün gözləntilər ona istiqamətlənib. Universitetlərin müəllim hazırlayan ixtisaslarında oxuyan tələbələrin sayının hər il azalması bu sahədə ciddi problemlərin olduğunu sübut edir. Bu problemlər illərlə əmələ gələn problemlərdir və onları bir ilin müddətində aradan qaldırılması mümkün deyil. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasındakı müharibə təkcə təhsilə deyil, Rusiyada bütün sahələrə öz təsirini göstərib. Belə getsə, növbəti ilin də digər peşə sahiblərinin ili olacağı gözlənilir.