Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 20:30:00
Yoluxma sayı açıqlandı - 3 nəfər öldü

Azərbaycanda koronavirusa 23 yeni yoluxma qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

 

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 828 449 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 183 nəfər müalicə olunaraq sağalıb, 10 111 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

 

Son gün ərzində 1 293, bu günədək 7 518 721 test aparılıb.

***

Azərbaycanda son sutkada 178 nəfər vaksinasiya olunub.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 48, ikinci doza vaksinlərin sayı 38 təşkil edib.

 

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 79-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 947 936 olub.