Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 13:49:33
Töhmət alan direktor kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı araşdırma aparıb.

İdarə araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Bəs sonuncu xəbərdarlıqla şiddətli töhmət alan direktor kimdir?

AzEdu.az xəbər verir ki, 49 nömrəli “İntellekt” məktəb-liseyin direktoru Təhminə Əsədova ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimidir.

O, 1957-ci ildə Qərbi Azərbaycanın Krasnaselo rayonunun Toxluca kəndində anadan olub. 1964-cü ildə Toxluca kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 1974-cü ildə həmin məktəbi bitirib.

Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1981-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ildə tədris prosesində interaktiv təlim metodlarından səmərəli istifadəsinə görə Təhsil Nazirliyinin "Təşəkkürü" nə layiq görülüb.

Təhsil Nazirliyinin 2000-ci ildə keçirdiyi Respublika Pedaqoji Mühazirələrinin qalibidir. 2000- ci ildən R,Hüseynov adına 49 №li məktəb-liseyin direktorudur.

T.Əsədovanın rəhbərliyi müddətində  49 nömrəli “İntellekt” liseyi "İlin ən yaxşı məktəbi" adına layiq görülüb.