Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 11:36:00
İcma əsaslı təhsil qruplarına uşaq qəbulu QAYDALARI

İcma əsaslı təhsil qrupları 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF-im maliyyəsi ilə ölkənin 10 şəhər və rayonundakı 50 ümumtəhsil məktəbinin nəzdində fəaliyyətə başlayıb. İcma əsaslı qruplar vasitəsi ilə nəzərdə tutulmuş regionlarda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirakını artırmaq nəzərdə tutulur.    

 

AzEdu.az icma əsaslı təhsil qruplarına qəbul qaydalarını valideynlərin nəzərinə çatdırır. 

 

 Qəbul qaydaları

 

  • İcma mərkəzinin açılması təsdiqləndikdən və müəllim seçildikdən sonra mərkəzə uşaqların qəbulu başlanır.
  • Müvafiq ilə uyğun olaraq 3 və 4 yaşı tamam olmuş Azərbaycan Respublikasının vətəndaşları icmaya qəbul olunur.
  • İstisna hallarda (mərkəzdə uşaq sayı düzəlmədikdə) 3 yaşı tamam olmasına 1-6 ay qalmış, qəbul olduğu tədris ilinin fevral-may aylarında 5 yaşı olacaq və ya 5 yaşı tamam olmuş lakin müəyyən səbəblərdən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqlar da mərkəzə qəbul oluna bilərlər.
  • Uşaqların qeydiyyatı icma müəllimi tərəfindən aparılır.
  • Qeydiyyat zamanı hər bir valideyn uşağa aid aşağıdakı sənədləri təqdim etməlidir:
  • Mərkəzə qəbul ilə bağlı valideynlərin (himayədarların) yazılı ərizəsi
  • Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamənin surəti
  • 2 ədəd 3x4 şəkil
  • Sağlamlıq durumu haqqında arayış 

 

Qeyd edək ki, icma müəlliminə müraciət edilmiş ilk 20 nəfər uşaq mərkəzə qəbul edilmiş sayılır. 20 uşaqdan çox müraciət olunarsa, əlavə ehtiyat siyahı hazırlanır. Gələcəkdə hər hansı səbəbdən mərkəzdən xaric edilmiş uşaqların yerinə bu siyahı üzrə qəbul aparılır.

 

İstisna hallarda uşaqların sayı 23 nəfərə qədər çoxaldıla bilər. Bunun üçün aşağıdakı qaydalar gözlənilməlidir:

  • İcma müəllimin şəxsi razılığı
  • İcma otağının ölçüsü
  • Müəllimə dəstək olacaq yetərincə valideyn köməkçisinin olması 

 

Mərkəzdə minimum uşaq sayı 15, maksimum 23 ola bilər.