Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 09:45:31
Rusiyada əyani tələbələrin səfərbərliyinə hazırlıq gedir    

Rusiyada növbəti kütləvi səfərbərlik üçün ciddi hazırlıq gedir.

AzEdu.az-ın məlumatına görə, Ukrayna KİV-ləri xəbər verir ki, bu dəfə əyani təhsil alan universitet tələbələrinin də ordu sıralarına çağırılacağı ehtimal olunur. Çünki sıravi vətəndaşlar hesabına odunu komplektləşdirmək getdikcə çətinləşir. Digər tərəfdən, əsgəri xidmətə yararlı olan vətəndaşların kütləvi şəkildə müharibəyə aparılması digər sahələrdə də özünü göstərir. İşçi qüvvəsi çatışmır, əhalinin narazılığı artır və sair.

Əyani təhsil alan tələbələrin cəbhəyə göndərilməsi də cəmiyyət tərəfindən heç də razılıqla qarşılanmayacaq. Öz övladlarının universiteti bitirib mütəxəssis olmasını gözləyən ailələr üçün uşaqlarınının xəbərini cəbhələrdən alması olduqca çətin olacaq.

Amma hakimiyyət orqanları üçün tələbələri səfərbərliyə almaq üçün mexanizm var. Çünki onlar təhsil aldıqları ali məktəblərdən qovulmaq təhlükəsi ilə üz-üzə qala bilər. 

Ukrayna Kəşfiyyat Xidmətinin əldə etdiyi məlumata görə, əyani təhsil alan tələbələrə çağırış vərəqəsi təqdim etmək üçün xüsusi yarımhərbi bölmələr yaradılır. Onlar tələbələrin yaşayış yerinin vaxtında aşkar edilib çağırış məntəqələrinə çatdırılmasında yardım göstərəcəklər. 

Artıq Novosibir Dövlət Pedoqoji Universiteti, Tomsk Politexnik Universiteti,Tomsk Dövlət Pedoqoji Universitetetinin rəhbərliyinə müəyyən olunmuş miqdarda tələbə və əməkdaşın çağırış məntəqələrində işləmək üçün ayrılması barədə göstəriş verilib.

Təbii ki, ilkin mərhələdə çox az sayda tələbənin cəbhəyə göndərilməsi ilə bu prosesə başlanılacaq. Sonradan isə tələbə- döyüşçülərin sayı getdikcə artırılacaq. Bu zaman dövlət cəbhəyə gedən tələbələrin təhsili ilə bağlı ciddi güzəştlər də nəzərdə tutur. Onların hərbi xidmətdən sonra asanlıqla təhsili bitirib işlə təmin olunmasına imkan yaradılacaq.