Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 10:00:00
Magistraturaya qəbulun minimum bal TƏLƏBLƏRİ

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarının nəticələri açıqlanıb.  

AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən ali məktəblərin magistraturalarına qəbul üçün fənlər üzrə minimum bal tələblərini diqqətinizə çatdırır.

Bakalavrlar ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasının 68, 69 və 70 saylı proqramlara aid ixtisaslaşmalarını seçə bilərlər.

Eyni zamanda, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarını qəbul imtahanı ila yanaşı, qabiliyyət imtahanını da uğurla vermiş bakalavrlar seçə bilərlər.  


Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın qəbul imtahanında ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.


Şəkilin açıqlaması yoxdur.