Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 12:25:00
Magistr imtahanının 2-ci cəhdində dil seçimini dəyişmək olar? - DİM-dən CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM) 19 fevral tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 1-ci cəhd qəbul imtahanını keçirib.

 

İyun ayının 11-də magistratura səviyyəsinə qəbul imtahanının 2-ci cəhdi keçiriləcək.

 

Hazırda imtahan verənləri maraqlandıran suallardan biri də odur ki, magistratura səviyyəsinə qəbul imtahanının 1-ci cəhdində seçdikləri dili 2-ci cəhd imtahanında dəyişmək hüquqları var?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, bakalavrlara imtahan verəcəkləri dili seçmək hüququ yalnız imtahanın birinci mərhələsindən əvvəl elektron ərizə doldurularkən verilir. Məlumatda qeyd olunur ki, imtahanın hər iki mərhələsi də həmin dildə verilməlidir.

 

"Yəni elektron ərizənizdə hansı xarici dili seçmisinizsə, imtahanın iki mərhələsini də həmin dildə verməlisiniz"- deyə mərkəzdən bildirilib.