Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 21:10:00
Türkiyədə möcüzə: ana və oğlu 384 sonra sağ tapıldı

Türkiyədə fevralın 6-da baş vermiş zəlzələdən 384 saat sonra 90 yaşlı qadın və oğlu xilas edilib.

 

AzEdu.az xəbər verir ki, 70 yaşlı Hanifi Akgün və onun 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.

 

Onlar ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda isə 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Təbii fəlakət nəticəsində 42 mindən çox insan dünyasını dəyişib.