Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 16:39:54
Yoluxma sayı açıqlandı - Ölənlər var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.


AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Ölkədə indiyədək indiyədək ümumilikdə 828 395 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 145 nəfər müalicə olunaraq sağalıb, 10 105 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.

Son sutka ərzində 1 695, hazırkı dövrədək isə 7 516 142 test aparılıb.

Bundan başqa, koronavirus (COVID-19) əleyhinə daha 456 vaksin vurulub.

Operativ Qərargahdan bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.