Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 12:50:00
Zəlzələ bölgəsindəki bütün tələbələrimiz təxliyə olunub? - Rəsmi CAVAB

“Zəlzələ bölgəsindən müraciət edən tələbələrin Azərbaycana təxliyəsi təmin olunub”.

 

Bunu AzEdu.az-a açıqlamasında  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

 

Onun sözlərinə görə, ancaq təxliyə üçün müraciət edən tələbələrimizə köməklik göstərilir. 

 

Ən son məlumata əsasən, Türkiyənin zəlzələ bölgəsindən ölkəmizə 565 soydaşımız təxliyə olunub və bunlardan 219-u tələbədir.

 

Eyni zamanda, dünən baş vermiş zəlzələdən sonra hələ ki müraciət olunmayıb.

 

Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.