Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 09:42:00
Türkiyədə ötən axşamkı zəlzələdə 6 nəfər ölüb - YENİLƏNİB

Türkiyənin Hatay vilayətində ötən axşam baş verən iki zəlzələdə ölənlərin sayı 6-ya yüksəlib.

AzEdu.az xəbər verir ki. bu barədə Türkiyə KİV-i rəsmi şəxslərə istinadən məlumat yayıb.


***

Türkiyənin Hatay vilayətinin Defne rayonunda ötən axşam baş verən 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl yeraltı təkan olub.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Son məlumata görə, budəfəki zəlzələ nəticəsində 4 nəfər həyatını itirib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tviter hesabında bildirib ki, Hataydakı iki güclü (6,4 və 5,8) zəlzələdə yaralanaların sayı artıb. Zəlzələdə yaralanan 294 nəfərdən 18-nin vəziyyəti ağırdır.

 “İlkin tibbi yardımdan sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar. Bütün rayonlarımızdakı səhra hospitalları yaralılara lazımi xidməti göstərməkdə davam edir”, - deyə səhiyyə naziri bildirib.