Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-19 10:37:56
AMEA əməkdaşı ermənilərin ekoloji terrorundan danışdı

"İşğaldan azad olunmuş ərazilərimizdə meşə massivlərimiz kütləvi şəkildə qırılıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə bu qırıntı işləri çox böyük səviyyədə aparılır. Bunların əksəriyyəti Azərbaycanda "Qırmızı kitab"a düşüb. Bunlar palıd, Eldar şamı və digər ağaclardır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Emlər Akademiyasının (AMEA) əməkdaşı Faiq İsmayılov deyib.

 

Onun sözlərinə görə, ermənilər Kərkicahan kəndi ilə Xankəndi arasında bənd düzəldərək Qarqarçayın qabağını kəsiblər: "Bu çayın suyunu ümumiyyətlə mənsəbdən aralı salıblar. Bu da belə bir fəlakət yaradır ki, sözügedən çayda yaşayan balıqlar kürü tökmək üçün Qarqarçayın mənsəbinə kimi gələ bilmirlər. Bunu özü də ekoloji fəlakətdir".

 

(Baku TV)