Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 10:28:02
BDU tələbəsinin ata-anası zəlzələdə öldü

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Türkiyədə baş vermiş zəlzələdə valideynlərini itirib.

 

AzEdu.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, BDU-nun tələbəsi, Türkiyə vətəndaşı olan Xədicə İlikin ata-anası Adıyaman bölgəsində dağıntılar altında qalaraq həlak olub.

 

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

 

Son məlumatlara görə, zəlzələ nəticəsində 40 minə yaxın insan dünyasını dəyişib.