Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 09:00:00
Müxtəlif fənn müəllimlərinin dərsləri dinlənilib

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi məktəblərə metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

 

AzEdu.az xəbər verir ki,  fevralın 13-dən 16-dək Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbin 46 nəfərlik pedaqoji heyətindən 36 fənn müəlliminin dərsləri dinlənilib. Dərsdinləmə prosesindən sonra müəllimlərə həm fərdi şəkildə konstruktiv rəy verilib, həm də dərslər zamanı müşahidə olunmuş bir sıra metodiki məsələlər pedaqoji heyətlə birlikdə müzakirə edilib.

 

Qeyd edək ki, dərsdinləmələrin məqsədi Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində həyata keçirilən fəaliyyətlərin nəticələrinin dəyərləndirilməsi və bu istiqamətdə metodik dəstəyin göstərilməsi olub.