Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 17:17:58
ATU-nun kafedra müdirinə yeni vəzifə verildi - TƏYİNAT

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoruna müalicə işləri üzrə yeni müavin təyin olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib.

Belə ki, Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini vəzifəsi ATU-nun III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalova həvalə olunub.

Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilin təqdimatı əsasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli müvafiq əmr imzalayıb.