Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 16:21:00
Akkreditasiyada iştirak üçün magistr və doktorantların seçimi başlanıb - ŞƏRTLƏR

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiya prosesində iştirak etmək istəyən magistratura və ya doktorantura səviyyəsi üzrə təhsilalanların seçiminə start verilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

 

Aşağıdakı tələbləri ödəyən namizədlər seçimdə iştirak edə bilər:

1. Abituriyent imtahanı zamanı topladığı balın 500-dən yuxarı olması;
2. Magistratura qəbul imtahanı zamanı topladığı balın 60-dan yuxarı olması;
3. Bakalavr təhsil səviyyəsini bitirdiyi zaman ÜOMG ortalamasının 85-dən yuxarı olması;
4. Təhsil aldığı müddətdə mobillik proqramlarında iştirak etməsi (üstünlükdür);
5. Bakalavr və (və ya) magistraturada ikili diplom proqramında təhsil alması (üstünlükdür);
6. Təhsil aldığı müddətdə ali təhsil müəssisəsinin tələbə təşkilatlarında aktiv iştirak etməsi (TGT, THİK, TEC və s.) (üstünlükdür);