Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 15:24:00
AzTU-da Basketbol üzrə Tələbə Liqasının 10-cu turu keçirilib

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

 

AzEdu.az xəbər verir ki, liqanın 10-cu turunda AzTU komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 103:82 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.