Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 14:22:00
Mətbuat uşaqlara ağır zərbələr vurur - Əməkdar jurnalistdən ETİRAZ

Bir çox hallarda yazılı və elektron mətbuat, o cümlədən telekanallar uşaqlarla bağlı xəbərlərdə qaydaları pozur. Məsələn, hardasa kriminal hadisəyə düçar olan uşağın şəkli, ya da videogörüntüsü açıq-aşkar saytlarda yerləşdirilir, efirdə göstərilir. Hətta onun ad-soyadı dəqiqliklə  mətbuatda yazılır və ya telekanalın efirində səsləndirilir. Nəticədə həmin uşaq ağır zərbələr alır.

 

Hadisənin media vasitəsi ilə işıqlandırılması bir sıra problemlərin həllinə şərait yaratsa da, hansısa uşağın psixoloji travma alması ilə yanaşı, onun cəmiyyətə inteqrasiya olunmasına mane ola bilər. 

 

AzEdu.az xəbər verir ki, Əməkdar jurnalist, Mətbuat Şurasının Etika Komissiyasının sədri Qulu Məhərrəmli sözügedən mövzü ilə bağlı fikirlərini bildirib:

 

 

“Mətbuatda uşaqlarla bağlı kriminal mövzuların işıqlandırılmasına həssas yanaşılması çox vacibdir. Məsələn, hansısa psixi pozuntusu olan şəxsin məktəbliyə münasibətdə seksual hərəkətlərə yol verdiyi üçün cinayət məsuliyətinə cəlb olunması məlumat kimi çap oluna bilər. Bu məlumatı yayarkən siz uşağın adını dəyişir, amma günahkarın adını, yeri, məkanı, ünvanı olduğu kimi saxlayıb və baş vermiş hadisəni detalları ilə təsvir edirsinizsə, yanlışlığa yol verir və media etikasını pozursunuz. 

Nəticədə mahiyyəti və detalları olan hadisəyə görə zərər çəkmiş uşağın həyatının zəhərlənməsinə səbəb olursunuz. Ona görə də, media etikası baxımından belə hadisələrə həssas yanaşmaq hər bir qələm sahibinin borcudur”.